Böyük Summativ Qiymətləndirmələrin keçirilməsi davam edir

II yarımil üzrə Böyük Summativ Qiymətləndirmələrin (BSQ) keçirilməsi ilə bağlı tərtib olunmuş cədvələ əsasən, mayın 29-dan etibarən məktəbimizdə rəqəmsal formada qiymətləndirmələrə start verilib.
Rəqəmsal məktəbdaxili qiymətləndirmənin keçirilməsində məqsəd şagirdlərin tədris ili ərzində əldə etdikləri bilik və bacarıqların obyektiv və şəffaf şəkildə qiymətləndirilməsi, tədris prosesinin effektivliyinin təhlili, rəqəmsal texnologiyalardan istifadə etməklə qiymətləndirmə keyfiyyətinin və operativliyinin artırılması, nəticələrin mərkəzləşdirilmiş şəkildə saxlanılması, eləcə də şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsidir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #BSQ #Qiymətləndirmə #191saylıMəktəb #BöyükSummativQiymətləndirmə #Təhsil
#MəktəbHəyatı #Şagirdlərimiz #Tədrisİli2025 #AzərbaycanTəhsili