İcma qruplarında məşğələlər davam edir

"2024-2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili"" qrant müsabiqəsində qalib olmuş "Bakı şəhəri 191 nömrəli tam orta məktəbdə icma əsaslı təlim qrupunun təşkili" layihəsi icra olunur.
Xatırladaq ki, layihə Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant proqramı çərçivəsində Məcidova Leyla tərəfindən Bakı şəhəri 191 nömrəli tam orta məktəbdə icra edilir. Qrant proqramının həyata keçirilməsində əsas məqsəd 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları alternativ yollarla məktəbəqədər təhsilə cəlb etməkdən ibarətdir.
#GrantsEduAz #QrantMüsabiqəsi #AlternativMəktəbəqədər #EduGrants