Artıq tənəffüslər daha əyləncəlidir!

Şagirdlərin məktəbdəki istirahət vaxtlarını daha səmərəli və faydalı şəkildə keçirmələri məqsədilə ibtidai sinif korpusunun dəhlizində müxtəlif interaktiv oyun stikerləri yerləşdirilmişdir. Bu təşəbbüs uşaqların tənəffüs zamanı fiziki fəallığını artırmaq, diqqət və koordinasiya bacarıqlarını inkişaf etdirmək, eyni zamanda məktəbdaxili mühiti daha rəngarəng və maraqlı hala gətirmək məqsədilə həyata keçirilmişdir.
Rəqəmlərlə tullanma, rəngli ayaq izləri üzrə hərəkət etmə, istiqamət və məsafə təyin etmə kimi oyun elementləri şagirdlərin tənəffüs vaxtlarını yalnız istirahət deyil, eyni zamanda inkişaf yönümlü fəaliyyətə çevirmişdir.
#191məktəb #Fəalməktəb #Şagird #BakıTəshilİdarəsi #191NömrəliTamOrtaMəktəb #ŞagirdFəallığı #TənəffüslərdəFizikiFəallıq #MəktəbMühitindəİnkişaf #İbtidaiTəhsil #BakıTəhsilİdarəsi #EduAz #Məktəb191