Ana təbiətin uşaqlara məktubu!

“Ekologiya və Sağlamlıq” layihəsi çərçivəsində məktəbimizdə keçirilən açıq dərslərdən biri də 16.02.17-ci il tarixində 2b sinfində Fatma Hüseynovanın “Ana təbiətin uşaqlara məktubu” mövzusunda keçirdiyi açıq dərs idi.Müəllim ilk olaraq ana təbiətin poçtalyon vasitəsilə uşaqlara göndərdiyi məktubla maraqlı motivasiya qurdu.Dərsdə şagirdlər “Təbiətin qoruqçuları”, “Təbiətin bağbanları”, “Təbiəti sevənlər”, “Təbiətin dostları”adlı qruplara bölünərək insanların təbiətdən necə istifadə etməkləri haqqında,insanların yaşaması müçün lazım olan təbii amillər haqqında məlumatlar verdilər.Ən maraqlısı isə şagirdlərin “Qırmızı kitab”a düşən ağacları, odlu silahla heyvanları qıran insanlara, dənizi və havanı çirkləndirən insanlara ünvanlanmış məktubları idi.Yaradıcı tətbiq etmə mərhələsində şagirdlər dibçəklərdə güllər əkməklərlə təbiətə olan sevgilərini bir daha biruzə verdilər.Onların “Biz təbiəti qorumaqla özümüzü qoruyuruq” ifadəsini dərk etmələri bizi çox sevindirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi