Qalib komandanın şagirdləri təltif edildi.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 27 dekabr tarixində məktəbin dil ədəbiyyat müəllimi Sonaxanım Həsənovanın təşkilatçılığı ilə intellektual viktorina keçirilib. IX sinif şagirdləri arasında keçirilən viktorinada 9 "A" sinfinin "Bakı" komandası, 9 "B" sinfinin "Şuşa" komandası, 9 "Ç" sinfinin "Təbriz" komandası, 9 "E" sinfinin "Quba" komandası iştirak edib. Viktorinanın yekun nəticəsinə görə "Bakı" konandası qalib elan edilib. Məktəbin direktoru Nailə Cəfərova qalib komandanın üzvlərini - Ramal Nəbiyev, Elxan Hacıyev, Hüseyn Hüseynzadə, Sabir Ağamalı, Duyğu Abbasova və Gülay Nuriyevanı təbrik edib, onları fəxri fərmanla mükafatlandırıb.