"Ana dilim şirindir" adlı elmi bədii kompozisiya keçirildi

Artıq neçə ildir bütün ümumtəhsil müəssisələrində olduğu kimi, məktəbimizdə də "Ana Dili" günü keçirilir. Tək fərq odur ki, müəllim və şagird kollektivimiz bu günü adi tədbir kimi yox,ürəklərin bayramı kimi keçirilir. Belə bir bayram tədbiri ötən günlərdə həm də məktəbimizin tədbirlər planına uyğun olaraq həyata keçirilən “Azərbaycan dili aylığı”nın yekunu olaraq keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimləri S. Alxasova, S. Musayeva, P. İsmayılova, G. Hüseynovanın birgə hazırladıqları ədəbi-bədii kompozisiyalarda səslənən fikirlər, Ana dilinə aid şeirlər insanın ruhunu oxşayırdı. Tədbirin təşəbbüskarı və əsas təşkilatçısı məktəbimizin dil ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Alxasova Sevda olmuşdur. Azərbaycanın Respublikasının Himninin möhtəşəm və əzəmətli sədaları altında başlanan bayram tədbirini daha sonra məktəbimizin direktoru Mikayılov Şakir öz çıxış niqi ilə açıq elan etmişdi. O, Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açaraq ana dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb. Qeyd edib ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər. Daha sonra məktəbimizin təlim tərbiyə işləri üzrə direktor müavini K. Babakişiyeva, tərbiyə işləri üzrə direktor müavini S. Rəhimova, dil ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri Alxasova Sevda çıxış edib. Natiqlər öz çıxışlarında fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıblar. Bildiriliblər ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra başlayan bədii hissədə söz şagirdlərə verildi. Dilimizin keşiyində mətin bir əsgər kimi dayanan şagirdlərimizin dilindən səslənən Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və Zəlimxan Yaqubun ürək titrədən şeirləri salonu bürüdü. Şagirdlər ana dili barədə və vətənpərvərlik mövzusunda yazılan şeirləri coşğun bir vətəndaşlıq ehtirası ilə əzbərdən deyirdilər. Onların ifasında səslənən ana dilimizə həsr olunmuş gözəl şeirlərin təsirinə düşməmək olmurdu. Bir az həyəcanlı olsalar da məktəbin kiçik yaşlı, şirin dilli ibtidai sinif şagirdlərinin dilindən səslənən şeirlər, mahnılar ana dilinə olan məhəbbətlərinin nümunəsi idi. Balaca məktəblilər gözəl dərk edirdilər ki, nə qədər çox dil bilməyindən asılı olmayaraq doğma dildə danışmağın öz gözəlliyi var.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi