Pedaqoji şuranın növbəti iclası

    Martın 4-də məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirilib. Pedaqoji Şurada məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova və pedoqoji kollektiv iştirak ediblər. Pedaqoji Şuranın sədri, məktəbin direktoru Elnur Bayramov gündəlikdə olan məsələlər barədə iclas iştirakçılarını məlumatlandırıb. İclas iştirakçılarına Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının icrasının nəzərdə saxlanılması, fəaliyyətində nöqsanlara yol vermiş şəxslər barəsində hüquqi qiymətin verilməsi üçün aidiyatı üzrə müraciətin edilməsi, Təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə əlaqədar müəllim nüfuzu qorunması və hər bir müəllim adına xələl gətirəcək hər hansı bir addımın atılmaması barədə məlumat verilib. 
    İclasda eyni zamanda şagird hərəkəti və məktəbə qəbulla bağlı nəzarətin gücləndirilməsi, IV və VI siniflərdə fəaliyyətin gücləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması, sinif rəhbərlərinə "Rəqəmsal məktəb platforması" da valideyn və şagirdlərin qeydiyyatının təmin edilməsinə dair tapşırıqlar verilib və bir sıra cari məsələlər müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi