VII sinifdə Azərbaycan dilindən açıq dərs keçirildi

Məktəbin 2015-2016-cı tədris ilinin fəaliyyət planına əsasən fevral ayında məktəbdə “Azərbaycan dili aylığı” keçirilir. Aylıq çərçivəsində məktəbimizdə keçirilən sonuncu açıq dərs Azərbaycan dili və ədəbiyyat müəllimi İsmayılova Pərvanənin təqdimatında VII sinifdə “Bağlayıcı” mövzusunda oldu. Açıq dərsdə məktəbin direktoru Mikayılov Şakir, təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, metodbirləşmə sədri Alxasova Sevda, İbtidai sinif müəllimləri Hüseynova Sevinc, Hüseynova Solmaz, İsmayılova Pərvanə, Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseynova Günel, İngilis dili müəllimi Rəhimova Arifə iştirak etmişdir. Dərsin maraqlı və məhsuldar keçirilməsi üçün müəllim bir çox üsul və vasitələrdən istifadə etmişdi. Təlim prosesində yeni texnologiyalardan istifadə dərsin daha yaxşı qavranılmasına şərait yaratdı. Bunun nəticəsi olaraq frontal sorğu və mövzuya dair tapşırıqların şagirdlər tərəfindən həlli zamanı yüksək fəallıq müşahidə olundu. Dərsin yekunu diskusiya şəraitində davam etdi. Məqsəd şagirdlərin savadı ilə yanaşı dünyagörüşünü də artırmaq idi. Dərsdən sonra həyata keçirilən müzakirə prosesi zamanı dərsə dair təklif və iradlar məktəb rəhbərliyi və həmkarları tərəfindən müəllimin diqqətinə çatdırılmış, Pərvanə müəllimə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi