VI sinifdə Azərbaycan dilindən açıq dərs - Fənn müəllimi Hüseynova Günel
Məktəbimizdə “Azərbaycan dili və Ədəbiyyat aylığı” çərçivəsində keçirilən növbəti açıq dərs gənc və yüksək pedaqoji potensiala malik olan müəllimlərimizdən biri olan Hüseynova Günelin VI sinifdə “Qoca aşpaz. Felin əmr şəkli” mövzusunda keçdiyi açıq dərsi oldu. Müəllim dərsin gedişatı prosesində interaktiv təlim metodlarından geniş şəkildə istifadə etmişdir. Dərsin əsas məzmunu slayd formasında hazırlanmış materialda öz əksini tapmışdır. Günel müəllimə kompyuter texnologiyası vasitəsilə qurulmuş modellərlə mövzunun mahiyyətini şagirdlərin nəzərinə çatdırdı. Bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb oldu. Dərs prosesində müəllim vaxt bölgüsündən çox böyük məharətlə istifadə etdi, dərsin səmərə və kefiyyətinin yüksək səviyyədə təşkilinə zəmin yaratdı. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə dərslikdə verilmiş mətn əsasında təqdimat hazırlamağı tapşırdı. Dərsin gedişatı prosesində müəllim öz açıq dərsinin mövzusunu musiqi, coğrafiya, tarix, ədəbiyyat kimi fənlərlə böyük ustalıqla əlaqələndirmişdi. Dərs dinləmə prosesində məktəbin direktoru M. Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini B. Kəklik, Tərbiyə işləri üzrə direktor müavini R.Sevda, Azərbaycan dili və ədəbiyyat fənni üzrə məktəbimizin metodbirləşmə rəhbəri A. Sevda, Azərbaycan dili və Ədəbiyyat müəllimi İ. Pərvanə, ibtidai sinif müəllimi Ə. Nigar, 6a sinfinin sinif rəhbəri X. Zərifə iştirak etmişdir. Dərsdən sonra həyata keçirilən müzakirə prosesi zamanı məktəb rəhbərliyi və həmkarları Günel müəlliməyə dərsə dair müvafiq irad və tövsiyyələrini bildirmiş, ona gələcək fəaliyyətində bol uğurlar arzulamışlar.