VI Sinfin Riyaziyyat Fənnindən açıq dərsi

Məktəbin 2015-2016-cı tədris ilinin fəaliyyət planına əsasən Yanvar ayında məktəbdə Riyaziyyat aylığı keçirilir. Aylıq çərçivəsində keçirilən növbəti açıq dərs riyaziyyat müəlliməsi Hacıyeva Natavanın təqdimatında VI sinifdə “Tam ədədlərin bölünməsi” mövzusunda oldu. Açıq dərsdə məktəbin direktoru Mikayılov Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, metodbirləşmə sədri Ağaməliyev Möhsün, riyaziyyat müəllimi Həsənova Yeganə iştirak etmişdir. Dərs Azərbaycan Respublikasının Himninin möhtəşəm sədaları altında başladıqdan sonra, 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha sonra müəllimə şagirdlərə düşmən tapdağı altında olan torpaqlarımız haqda tarixi fakt və məlumatları özündə əks etdirən vərəqlər payladı, 20 Yanvar faciəsi, onun tariximizdə izləri haqda qısa məlumat verdi. Dərsin daha maraqlı və məhsuldar keçilməsi üçün müəllim bir çox vasitələrdən istifadə etmişdi. Təlim prosesində yeni texnologiyalardan istifadə dərsin daha yaxşı qavranılmasına şərait yaratdı. Bunun nəticəsi olaraq frontal sorğu və mövzuya dair misalların şagirdlər tərəfindən həlli zamanı yüksək fəallıq müşahidə olundu. Dərsin yekunu prosesi diskusiya şəraitində davam etdi. Məqsəd şagirdlərin savadı ilə yanaşı dünyagörüşünü də artırmaq idi. Dərsdən sonra həyata keçirilən müzakirə prosesi zamanı dərs bütövlükdə müsbət olaraq qiymətləndirilmiş, dərsə dair təklif və iradlar məktəb rəhbərliyi və həmkarları tərəfindən müəllimin diqqətinə çatdırılmış, Natavan müəlliməyə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi