V sinifdə riyaziyyatdan növbəti açıq dərs

15. 01. 2016-cı il tarixində məktəbimizdə “Riyaziyyat aylığı”nın qarşıya qoyulmuş əsas məqsəd və tələbinə uyğun olaraq fəal təlimə əsaslanan növbəti açıq dərs keçirildi. Məktəbimizin riyaziyyat müəlliməsi İsmayılova Natavanın 5-ci sinif riyaziyyat fənnindən olan dərsinin mövzusu “Ümumiləşdirici dərs” idi. Bu dərsdə şagirdlər surətə və məxrəcə görə kəsrləri müqayisə etməyi, onları yuvarlaqlaşdırmağı, kəsrlər üzərində toplama, çıxma, vurma əməllərini icra etməyi təkrarladılar. Açıq dərsdə məktəbin direktoru Mikayılov Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, metodbirləşmə sədri Ağaməliyev Möhsün, riyaziyyat müəllimləri Hacıyeva Natavan, Nadirova Vəfa, Abusətdarova Səbuhə, Əmirzadə Nurəngiz, 5-ci sinfin sinif rəhbəri Musayeva Sevda, tarix müəllimi Sadıqova Səkinə iştirak etmişdir. Dərs boyu şagirdlər fəallıq göstərərək, verilən sualları tez cavablandırmağa çalışırdılar. Müəllim təlimin fərdi yanaşma prinsipinə uyğun olaraq hər şagirdə bölmə üzrə ümumiləşdirici dərsdə vərəqlərdə bütün mövzulara aid misallar vermişdi. Dərsin nəticə və ümumiləşdirmə mərhələsində vətən torpaqlarının bütövlüyünə dair hazırlanmış əyani vəsait şagirdlərin daha çox marağına səbəb oldu. Dərsin sonunda müəllim şagirdlərin fəallıq dərəcəsinə və dərsə aid müvafiq standartların reallaşması tələbinə uyğun olaraq qiymətləndirmə apardı. Dərsdən sonra aparılan aparılan müzakirə zamanı məktəb rəhbərliyinin və həmkarlarının müəllimə olan irad və təklifləri dinlənildi. Məktəbin direktoru Mikayılov Şakir bildirdi ki, bu cür dərslərin keçirilməsi məktəbdə tədrisin keyfiyyətinin, səviyyəsinin yüksəlməsinə xidmət edir. Nəticədə, pedaqoji kollektivin işinə məsuliyyəti artır, şagirdləri yaxşı oxumağa, müəllimləri isə səmərəli fəaliyyətə ruhlandırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi