Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yekun tədbir keçirilib

    Mayın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yekun tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlahə Qaragözova, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları ilə başlanıb.

    Əvvəlcə məktəbin ibtidai sinif müəllimi Aynurə Balayeva Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, Cümhuriyyət dövründə əvəzolunmaz xidmətləri olan tarixi şəxsiyyətlər haqqında  geniş məlumat verib. Mövzu ilə bağlı slayd göstəriləndən sonra söz şagirdlərə verilib. Şagirdlər vətənpərvərlik ruhunda olan bir- birindən maraqlı, rəngarəng çıxışlar ediblər.

     Məktəbin direktoru Mehparə Mansırova Prezidentimizin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında olan sərancamının dövlətimiz üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, tədbirdə əməyi olan məktəb kollektivinə, müəllimlərə öz minnətdarlığını bildirib. Sonda məktəbdaxilində keçirilən “Ən yaxşı şeir ifaçısı” və “Ən yaxşı esse yazı” müsabiqəsinin qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb, diplomlar və hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi