X SİNİFDƏ RİYAZİYYATDAN AÇIQ DƏRS KEÇİRİLDİ

Məktəbimizdə “Riyaziyyat aylığı” ilə əlaqədar silsilə dərslərin keçirilməsi prosesi davam edir. 13. 01. 2016-cı il tarixində məktəbimizin riyaziyyat müəlliməsi Həsənova Yeganənin 10-cu sinifdə “N-ci dərəcədən kök və onun xassələri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsin keçirilməsi prosesində məktəbin direktoru Mikayılov Şakir, Təlim-tərbiyə işləri üzrə direktor müavini Böyükkişiyeva Kəklik, Tərbiyə işləri üzrə direktor müavini Rəhimova Sevda, metodbirləşmə sədri Ağaməliyev Möhsün, riyaziyyat müəllimləri Hacıyeva Natavan, Nadirova Vəfa iştirak etmişdir. Müəllim özünün hazırladığı əyani vəsaitlərdən istifadə edərək mövzunu şagirdlərin bilavasitə iştirakı ilə inteqrativ şəkildə izah edib. Daha sonra müəllim şagirdlərin mövzunu necə qavramasını yoxlamaq məqsədilə onlara konkret misallar verib və dərsin gedişatı prosesində nəticələri qiymətləndirib. Açıq dərs zamanı şagirdlərin dəftərlərinə də baxış keçirilib, onlara verilən tapşırıqların öhdəsindən necə gəldiklərinə ciddi nəzarət edilib.Açıq dərsdən sonra məktəb rəhbərliyinin və dərsdə iştirak edən pedaqoji heyətin iştirakı ilə açıq dərsə həsr olunmuş müzakirə keçirilib. Açıq dərsi təşkil edən H. Yeganə dərsdən öncə qarşıya qoyduğu məqsədinə nail olduğunu bildirib. Uzun illər ənənəvi təlim üsulu ilə dərs keçən müəllim, yeni interaktiv metodların şagirdlər tərəfindən maraqla qarşılandığını və mənimsənildiyini, keyfiyyətli olduğunu vurğulayıb. Məktəbin direktoru Mikayılov Şakir çıxışında əvvəlcə H. Yeganəyə o cür çətin bir mövzunu seçdiyi və dərsin öhdəsindən ustalıqla gəldiyi üçün təşəkkürünü bildirib. O, müəllim və şagirdlərin qarşıya qoyulan vəzifənin öhdəsindən gəldiyini deyib, şagirdlərin onlara verilən tapşırıqları tez bir zamanda və səmərəli üsullarla həll etmələrini onların müasir təhsil standartlarına uyğun çalışmaq bacarığının göstəricisi adlandırıb. Böyükkişiyeva Kəklik, Ağaməliyev Möhsün, Nadirova Vəfa, Hacıyeva Natavan da açıq dərsdən razı qaldıqlarını bildirib, açıq dərsdə fənlərarası inteqrasiyaya geniş yer verildiyini qeyd ediblər. Onlar müəllimin bacarıqlı, təcrübəli, zəhmətkeş olduğunu vurğulayıb, dərslərin keyfiyyətinin daha da yüksəldilməsi üçün təklif və tövsiyələrini veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi