Şagirdlərimiz Şəhidlər Xiyabanına ziyarət etdilər
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edildi. Belə dərslərin keçirilməsində məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirmək, onları Vətənə layiqli övlad kimi yetişdirilmək və əsil vətəndaş mövqeyini məktəblilərə çatdırmaqdır.
İlk dərsdən sonra 8 b sinfinin rəhbəri Hacıyeva Natəvan bildirdi ki, ilk dərsdə şagirdlərlə 20 Yanvar şəhidləri haqqında söhbət apararkən onların gözlərində Vətənə olan sevgilərini görəndə fəxr hissi keçirtdim. 28 il bundan öncə günahsız insanların azadlıq uğrunda, müstəqillik yolunda qurban getdiklərini söyləyəndə şagirdlər xahiş etdilər ki, bizi bu gün Şəhidlər Xiyabanına aparasınız . Dərslər qurtarandan sonra 8 b sinfinin rəhbəri Hacıyeva Natəvan şagirdləri 20 Yanvar şəhidlərini ziyarət etmək üçün Şəhidlər Xiyabanına aparmışdır. Hacıyeva Natəvan Şəhidlər Xiyabanına onlarla müəllimin şagirdləri ilə gəldiklərini görəndə çox qürur hissi keçirtdiyini söylədi.