Böyük insan, əsl xilaskar

Mayın 7-də Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova və tarix müəllimi Aygün Zeynalova tərəfindən VI”A” sinif şagirdləri ilə xüsusi dərs keçirilib. Məqsəd Ümummilli Liderin xatirəsini əbədiləşdirmək, azərbaycançılıq məfkurəsinin geniş təbliği və şagirdlərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi olub.
Dərslərdə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Xüsusi dərslərdə təhsilalanlar əbədi və ölməz şəxsiyyət Heydər Əliyev haqqında video-çarxlar və təqdimatlar nümayiş etdirib.