Ulu bir sərkərdə, Ulu bir Öndər

    Mayın 7-də məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Sevda Rəhimova tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Ulu bir sərkərdə, Ulu bir Öndər” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanılıb. 

    Tədbirdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətlərindən söhbət açılıb. Bildirilib ki, mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

    Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlət idarəçiliyi məktəbi - müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlandığı qeyd edilib.

    Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti özündən sonra uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğu şagirdlərin diqqətinə çatdırılıb. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağı və Heydər Əliyevin irsinin gələcək nəsillər üçün zəngin xəzinə olacağı vurğulanıb.

    Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinin əks etdirən videoçarxlar, filmlər nümayiş olunub. Şagirdlər şeirlər söyləyib, mahnılar və ədəbi-bədii kompozisiyalarla dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini ifadə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi