Voleybol turnirinin qalib komandası

1 may 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş qızlar arasında voleybol turniri keçirilib.
Turnirdə Pirallahı Rayonunda fəaliyyət göstərən beş məktəbin komandaları iştirak edib. Komanda üzvləri yarışda yüksək əzmkarlıq, birlik və idman bacarıqları nümayiş etdirərək, I yerə layiq görülüblər.