"Yeniyetməyəm mən! ” adlı seminar

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə Bakı Şəhər üzrə Təhsil İdarəsinin 17 aprel 2025-ci il tarixli 3-29-59/3-2-192 F nömrəli əmrini icra etmək məqsədilə aprelin 30-da psixoloq Röya Qəhrəmanova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova tərəfindən “Ailəm və məktəbim” layihəsi çərçivəsində VI-VIII sinif şagirdlərinin valideynləri ilə "Yeniyetməyəm mən" adlı maarifləndirici seminar keçirilib.
Seminarda valideynlərə yeniyetməlik yaş dövrünün başlanğıcı, ilkin əlamətləri, bu yaş dövründə yaşanan emosional vəziyyət haqqında ətraflı məlumat verilib. Sonra valideynlərə motivasiya edici bukletlər, yeniyetməliklə bağlı tamamlanmamış cümlələr təqdim olunub və onlar cümlələri tamamlayaraq mövzu ilə bağlı fikirlərini qeyd ediblər.
Sonda psixoloq valideynlərin yeniyetməlik yaş xüsusiyyətlərini və davranış reaksiyalarını bilmələrinin, ata və ananın həmin dövr üçün yaranmış bəzi problemlərin həllinə sevgi, ünsiyyət və səbirlə yanaşmalı olduqlarını bildirib. Yeniyetmələri dinləmək, onları anlamağa çalışmaq, özlərini tanımaları üçün fürsət vermək lazım olduğunu vurğulayıb.