“Zərifə xanım Əliyeva-Tanrının sevdiyi insan” adlı tədbir

Aprelin 25-də məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Sevda Rəhimova tərəfindən “Zərifə xanım Əliyeva-Tanrının sevdiyi insan” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə xanımın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.
Tədbirdə dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi, elmi və yaradıcılıq fəaliyyətini əhatə edən videoçarx nümayiş etdirilib. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbi, hamıya örnək olduğu xüsusi vurğulanıb. Sonra şagirdlər akademik Zərifə xanım Əliyevaya həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər.