Bullinqdən uzaq olaq

Aprelin 22-də psixoloq Röya Qəhrəmanova VIII sinif şagirdləri ilə “Bullinqdən uzaq olaq” mövzusunda psixoprofilaktik söhbət aparıb.
İlk öncə psixoloq şagird şəxsiyyətinin formalaşmasına, məktəbdəki təhsil, təlim və tərbiyə mühitinin normal inkişafına mənfi təsiri olan bullinq, onun yaranma səbəbləri , bullinqin qarşısının alınması üçün atıla biləcək addımlar haqqında danışıb. Bullinqin psixoloji terror, bir nəfərin başqası tərəfindən təqib olunması, zor tətbiq etməsi, aqressiv davranış olduğunu qeyd edib. Şagirdlər bullinqin, kiber, sosial, şifahi, psixoloji, fiziki zorakılıq növləri haqqında məlumatlandırılıb və mövzu ilə əlaqədar videoslayd nümayiş olunub.