“Sağlam qida, sağlam həyat” mövzusunda maarifləndirici tədbir

Aprelin 17-də şagirdləri düzgün qidalanma qaydaları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat vermək, qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaq məqsədilə məktəbin akt zalında “Sağlam qida, sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova, Uşaq Birliyi Rəhbəri Zülfünaz Abasova, məktəbin tibb bacısı Könül Rüstəmova və şagird kollektivi iştirak ediblər.
Tədbirdə şagirdlərə hazır qidaların və konservantların insan orqanizmi üçün ziyanı və təhlükəsi barədə məlumat verilib. Sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzinin mühüm tərkib hissəsi olduğu, xüsusilə fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsirinin elmi şəkildə sübut edildiyi qeyd edilib.
Sonda mövzu bağlı videoçarx, şagirdlərin hazırladıqları təqdimatlar nümayiş olunub və onlara düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilib.