9-cu sinif şagirdlərinin imtahan həyəcanı

Aprelin 10-da məktəbin psixoloqu Röya Qəhrəmanova tərəfindən IX sinif şagirdlərinin imtahan həyəcanını müəyyən etmək, əlavə psixoloji dəstəyə ehtiyacı olan şagirdləri aşkar edərək, onları bu prosesə daha yaxşı hazırlamaq və uyğun tövsiyələr vermək məqsədilə maarifləndirici söhbət aparılıb. Söhbət zamanı şagirdlərə imtahan öncəsi dərin və düzgün nəfəs almanın, sağlam qidalanma, vaxtın düzgün idarə edilməsi, müsbət düşüncə tərzi və normal yuxu rejiminin əhəmiyyəti barədə məlumat verilib. Yüksək həyəcan səviyyəsi olan şagirdlərə stresin idarə olunması üzrə praktik məsləhətlər təqdim edilib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi