Erkən nigaha birgə yox deyək

Aprelin 9-da şagirdləri erkən nikahın psixoloji, sosial, iqtisadi və hüquqi aspektləri barədə  məlumatlandırmaq  məqsədilə  məktəbin psixoloqu Röya Qəhrəmanova tərəfindən VIII sinif şagirdləri arasında “Erkən nigaha birgə yox deyək” mövzusunda maarifləndirici məşğələ keçirilib. Məşgələ zamanı psixoloq  erkən nikahın fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktor olduğunu vurğulayaraq, erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər, tibbi fəsadları və digər bu kimi mənfi hallar barədə şagirdləri ətraflı məlumatlandırıb. Mövzunu ilə əlaqədar fikir mübadiləsi aparılıb və  videoçarx nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi