"Zəkaların mübarizəsi "adlı bilik yarışı

 

Aprelin 4-də məktəbin akt zalında Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə qabilliyətlərini inkişaf etdirmək və formalaşdırmaq məqsədilə 168 və 243 nömrəli tam orta məktəbin şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadası keçirilib.

Olimpiadada münsiflər heyəti qismində məktəbin rus dili müəllimi Kəklik Böyükkişiyeva, Azərbaycan dili  və ədəbiyyat müəllimləri Sevda Alxasova və İlhamə Manafova, 243 nömrəli tam orta məktəbin direktoru Mehparə Mansurova və tarix müəllimi Famil Hüseynov iştirak ediblər.

Komanda yarışı formatında keçirilən olimpiadada iştirak edən IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdiriblər.

                         Olimpiadanın qalibi 243 nömrəli tam orta məktəbin "Hədəf" komandası olub və may ayında keçiriləcək olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi