Aprel döyüşlərindən 9 il ötür

Aprelin 4-də məktəbin kitabxana müdiri Ülviyyə Niftəliyeva və Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Manafova tərəfindən V”A” sinif şagirdləri ilə böyük zəfərin başlanğıcı, tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərinə həsr olunan xüsusi dərs keçirilib
Dərsdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə Aprel döyüşləri və vətənin bütövlüyü uğurunda xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız haqqındında məlumat verilib. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, milli qəhrəmanlar haqqında öyrəndikləri məlumatları bölüşüblər.
Məktəbin direktoru Elnur Bayramov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqın növbəti uğuru və qələbəsi kimi dəyərləndirilən Aprel döyüşlərini Azərbaycan dövlətinin, dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdiyini vurğulayıb.