Reproduktiv sağlamlıq nədir?

        Aprelin 4-də məktəbin psixoloqu Röya Qəhrəmanova və tibb bacısı Könül Rüstəmova tərəfindən X sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq nədir?” mövzusunda maarifləndirici məşğələ keçirilib.

       İlk öncə Könül Rüstəmova şagirdlərə Reproduktiv sağlamlıq məhfumunu izah edərək, Reproduktiv sağlamlığın nəsilvermə sisteminin xəstəlik və fiziki qüsurlarının yoxluğu deyil, insanın tam fiziki, ruhi və sosial rifah halının olduğunu bildirib və bu sistemin normal fəaliyyətinin həm insan, həm də bütövlükdə cəmiyyət üçün vacibliyini vurğulayıb. Daha sonra şagirdlər qadın və kişi orqanizminin xüsusiyyətləri, ayrılıqda hər bir orqanın quruluşu, funksiyası barədə məlumatlandırılıb və mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

    Məşğələnin sonunda psixoloq həyat tərzinin, qidalanmanın, zərərli vərdişlərin, psixoloji vəziyyətin Reproduktiv sağlamlığa vurduğu zərərlərdən danışıb və şagirdlərə 5 dəqiqə vaxt verərək, “Reproduktiv sağlamlığı qorumaq üçün şəxsi plan” hazırlamağı tapşırıb. Həmçinin anonim sorğu aparılıb və mövzu ilə bağlı suallar cavablandırılıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi