"Məişət zorakılığı" mövzusunda maarifləndirici tədbir

Martın 14-də məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı Rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova, müəllimlər və VIII-X sinif şagirdlərinin iştirakı ilə “Məişət zorakılğı" mövzusunda maarifləndirici tədbir keçirilib.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub və bildirilib ki, məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Həmçinin məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəli olduğu və bu kimi təhlükələrin aradan qaldırılması, xüsusilə yeniyetmə və gənclərin məişət zorakılığı hallarından qorunması məqsədi ilə hüquqi, sosial və qabaqlayıcı tədbirlərin həyata keçirildiyi vurğulanıb.