"Heydər Əliyev və Azərbaycan tarixi" referat-yazı müsabiqəsi

Martın 14-də məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin ilkin rayon mərhələsi keçirilib. Müsabiqədə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev, Pirallahı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arzu Abdullayev,  Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Xəyalə Cavanşirli, Pirallahı Rayon məktəblərinin direktorları, müsabiqədə iştirak edən  şagirdlər və onların elmi rəhbərləri iştirak ediblər.

Konfransın keçirilməsinin məqsəd və mahiyyəti açıqlandıqdan sonra şagirdlər “Şuşa Bəyannaməsi və onun tarixi əhəmiyyəti”, "Hülakülər (Elxanilər) dövləti - Qazan xanın islahatları", "Uğurlu siyasətin davamı - İlham Əliyevin hakimiyyətə gəlməsi", "Azərbaycan Xalq Cumhuriyyətinin yaranması mövzularında məruzə ilə çıxış edərək öz elmi işlərini təqdim ediblər. Bir-birindən maraqlı çıxışlar konfrans iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

                Qonaqlar öz çıxışlarında konfransın əhəmiyyəti barəsində geniş məlumat verərək, şagirdlərin hazırladıqları məruzələri yüksək qiymətləndiriblər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi