“İdmançıların psixoloji hazırlığı" mövzusunda maarifləndirici söhbət

Martın 6-da psixoloq Röya Qəhrəmanova "İdman həftəsi" proqramı çərçivəsində “İdmançıların psixoloji hazırlığı" mövzusunda maarifləndirici söhbət aparıb. VIII sinif şagirdlərinin iştirak etdiyi söhbət zamanı idmançılarda qələbə psixologiyası, uğura gedən yolda idmançılara mane olan amillər, qələbəyə və məğlubiyyətə psixoloji hazırlıq kimi mövzular müzakirə olunub.

Şagirdlərə videoçarxlar göstərərək  yarışdakı idmançıların vəziyyəti ilə bağlı təəssüratları öyrənilib və onlara maraqlı olan məqamlara aydınlıq gətirilib. Şagirdlərlə aparılan psixoloji söhbət motivasiya məqsədinə xidmət edir. Psixoloq tərəfindən verilən dəyərli tövsiyələr şagirdlərdə ruh yüksəkliyi, özünə inam hissi formalaşdırır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi