İdman həftəsində qazanılan nailiyyətlər

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə məktəbin fiziki tərbiyə müəllimləri - Natiq Qasımov və Mikail Tarverdiyevin təşkilatçılığı ilə idman həftəsi keçirilib. İdman həftəsi ərzində davamlı olaraq məktəbin VI- X sinif şagirdləri arasında dama, futbol, voleybol və digər idman növləri üzrə yarışlar təşkil olunub. Məktəblərarası yarışlarda məktəbi təmsil edən komanda kubok, fəxri fərman və medallarla təltif olunublar.