Növbədənkənar Pedaqoji Şura iclası keçirildi

    Martın 4-də məktəbdə Növbədənkənar Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin direktoru  Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə  təşkilatçı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova, UBR Zülfünaz Abasova və pedaqoji kollektiv iştirak etdilər. Pedaqoji Şuranın sədri Elnur Bayramov gündəlikdə olan məsələlər – korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının İcrasının gücləndirilməsi, təhsilverənlərin etik davranış qaydaları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olmuş bir sıra sənədlərin pedoqoji kollektivə çatdırılması, birinci siniflərə və məktəbəhazırlıq qruplarına eləcə də şagird yerdəyişməsinə şəffaf yanaşma, 4, 6-cı siniflərdə tədrisin gücləndirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması və hədəflərin müəyyənləşdirilməsi, rəqəmsal məktəb platformasına ciddi yanaşma, məktəbdə tətbiq edilən layihələrin icrası vəziyyəti  barədə iclas iştirakçılarını məlumatlandırdı. Məktəb direktoru pedaqoji kollektivə gündəlikdə olan məsələrlə bağlı öz tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi