"Qisas qiyamətə qalmadı!" adlı tədbir

25 fevral 2025-ci il tarixində məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Qisas qiyamətə qalmadı!” başlıqlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, RİH başçısı Aparatının məsul əməkdaşları, Xocalı rayon sakinləri, eləcə də rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil, mədəniyyət və sənaye müəssisələrinin rəhbər heyəti və nümayəndələri iştirak etdiblər.
Tədbir iştirakçıları məktəbin foyesində Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 №-li filialı tərəfindən təşkil olunan kitab sərgisinə baxış keçirib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, mövzu ilə əlaqədar video-çarx nümayiş olunub.
Tədbir iştirakçıları çıxış edərək, bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının bütün dünyada tanıdılması, Azərbaycan reallıqlarının dünyanın hər yerinə yayılması, beynəlxalq aləmin bu faciədən xəbərdar olması istiqamətində çoxşaxəli işlər görmüşdür. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası dünyanın bir çox ölkələrində keçirilir.
Tədbirin sonunda məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər və kompozisiyalar səsləndirilib, xatirə şəkli çəkdirilib.