Xocalı faciəsinə həsr olunan xüsusi dərs

24.02.2025-cü il tarixində Xocalı soyqırımının 33-ci il dönümü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova IX-XI sinif şagirdlərinin iştirakı ilə xüsusi dərs keçirib. Dərsdə Xocalı qurbanlarının xatirəsi yad edilib, Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğu, şagirdlərin diqqətinə çatdırılıb. Həmçinin Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və 30 ildən sonra işğal altında qalmış torpaqların azadlığına nail olan Azərbaycan xalqının illər ərzində mübarizə əzminin qırılmadığından bəhs edilib. Daha sonra şagirdlər Xocalı soyqırımı haqqında hazırladıqları təqdimatları səsləndiriblər.