Novruzun ilk çərşənbəsi

Fevralın 25-də məktəbin ibtidai sinif müəllimi Xırdaxanım Əmirova 2"A"sinif şagirdləri ilə "Əzəl çərşənbə", "Sular Novruzu", xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınan Su çərşənbəsini qeyd ediblər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Su çərşənbəsində şagirdlər Novruz adət-ənənələrindən biri olan yumurta döyüşdürüb, şeirlər, bayatılar söyləyiblər.