21 Fevral-Beynəlxalq Ana Dili Gününə həsr olunan şeir, inşa və esse yazı müsabiqəsi

Fevralın 20-də məktəbin kitabxana müdiri Ülviyyə Niftəliyeva, kitabxanaçı Təranə Əliyevanın təşkilatçılığı, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Sevda Rəhimovanın dəstəyi ilə 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunan şeir, inşa, esse yazı müsabiqəsi keçirilib. Müsabiqədə münsiflər heyəti olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri - Sevda Alxasova, İlhamə Manafova, ibtidai sinif müəllimi İradə Muradova iştirak ediblər. Şagirdlər Azərbaycan poeziyasının tanınmış və sevilən şairlərinin yaradıcılığından şeirlər söyləyib, Ana dilinə həsr olunan inşa və esselərini təqdim ediblər. Müsabiqədə 11”A” sinif şagirdi Çinarə Rzayeva, 7”B” sinif şagirdləri Nəzrin Süleymanzadə və Nərmin İsmayılova, 9”C” sinif şagirdi Fidan Əliyeva, 5 ”A” sinif şagirdi -Dəniz Niftəliyeva, 6”A” sinif şagirdi Kamil Əlizadə qalib seçilərək diplom və hədiyyələrlə təltif olunublar.