"Zərərli vərdişlər və Siqaret"adlı maarifləndirici məşğələ

Fevralın 19-da şagirdləri siqaret və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaq məqsədilə psixoloq Röya Qəhrəmanova tərəfindən “Reproduktiv sağlamlıq” proqramı çərşivəsində VIII sinif şagirdləri arasında “Zərərli vərdişlər və siqaret” adlı maarifləndirici məşğələ keçirib.
Məşğələdə şagirdlərə siqaret və digər zərərli vərdişlərin fəsadları haqqında məlumat verilib, zərərli vərdişləri özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb. Həmçinin “Skamper” çalışması keçirilib və şagirdlər "Necə bir dünyada yaşamaq istərdin?" sualını cavablandıraraq mövzu ilə bağlı fikirlərini qeyd ediblər.