“Narkomaniya ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir”, “Kiber təhlükəsizlik” və” Erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir

Fevralın 13-də məktəbdə “Narkomaniya ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir”, “Kiber təhlükəsizlik” və” Erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon Polis İdarəsinin Əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Elman Kazımov, Pirallahı Rayon Polis İdarəsinin Təhqiqat bölməsinin rəisi polis mayoru Ruslan Məmmədov, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai və humanitar məsəllər şöbəsinin müdiri Arzu Abdullayev, Pirallahı Rayon İcra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əliyev Rauf, Pirallahı Tibb Mərkəzinin həkimi Rəşad İbrahimov, məktəbin direktoru Elnur Bayramov, məktəbin psixoloqu Röya Qəhrəmanova, valideynlər, məktəbin müəllim və şagird kollektivi, IX-XI sinif şagirdləri iştirak ediblər. İlk olaraq məktəbin direktoru Elnur Bayramov tədbiri açıq elan edib. Çıxış edən qonaqlar öz nitqlərində kiber təhlükəsizlik, əsrin bəlasına çevrilmiş narkomaniyanın, erkən nikahın fəsadlarından, həmin hallara qarşı aparılan mübarizə tədbirlərindən bəhs edərək, cəmiyyətin və gələcək nəsillərin sağlamlığını təhdid edən bu zərərli vərdişlər barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbirin sonunda mövzu ilə əlaqədar fikir mübadiləsi aparılıb. Şagirdlərin sualları ətraflı cavablandırılıb, mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.