Pedaqoji Şura birinci yarımilin nəticələrini müzakirə etdi

Fevralın 7-də Pedaqoji Şuranın fəaliyyət planına uyğun olaraq I yarım ilin yekunlarına dair iclası keçirildi. İclasda məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova, UBR Zülfünaz Abasova və pedaqoji kollektiv iştirak etdi. Pedaqoji Şuranın sədri Elnur Bayramov gündəlikdə olan məsələlər – 2024/2025-ci tədris ili üzrə I yarım ilin yekunları, V-XI siniflərdə keçirilən buraxılış imtahan fənləri (Azərbaycan dili, riyaziyyat, xarici dil) üzrə böyük summativ qiymətləndirmələrin nəticələri, Respublika Fənn Olimpiadalarının rayon, şəhər mərhələlərinin nəticələri barədə iclas iştirakçılarını məlumatlandırdı. O, həmçinin bildirdi ki, 2024/2025-ci tədris ilində məktəbdə “Ümumtəhsil məktəblərində şagird davranış qaydaları” tətbiq edilir.
İclasda ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri İradə Paşayevanın, riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Natəvan Hacıyevanın, xarici dil fənni üzrə metodbirləşmə rəhbəri Natəvan Rüstəmovanın, STEAM fənnini tədris edən müəllimlərin, psixoloji işin təşkilinə dair məktəb psixoloqu Röya Qəhrəmanovanın hesabatları dinlənildi, şagirdlərin dərsə davamiyyəti, şagird davranış qaydalarının tətbiqi vəziyyəti ilə bağlı müzakirələr aparıldı. Şagird davranış jurnallarına baxış keçirilən zaman jurnallarda edilən qeydlər müzakirə edildi.