“Azadlıq verilmir alınır” adlı dəyirmi masa

 

    Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar məktəbdənkənar və sinifdənxaric  işlər üzrə təşkilatçı Sevda Rəhimova tərəfindən “Azadlıq verilmir alınır” adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masada məktəbin direktoru Elnur Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Anar Babayev, məktəbin bir qrup müəllim və şagird kollektivi iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan dəyirmi masa iştirakçıları öz çıxışlarında 20 yanvar faciəsinin səbəbləri və həmin hadisənin başlanmasına zəmin yaradan milli azadlıq hərakatından danışıblar. Azərbaycan xalqının vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan igid övladların fədakarlığını məhəbbətlə xatırladığını, onların əziz xatirəsinin daima böyük ehtiramla yad edildiyi bildirilib və Yanvar faciəsinin ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən bir qəhrəmanlıq tarixi  olduğu vurğulanıb.

    Sonda həftə boyu  məktəbdə 20Yanvar hadisələrinin 35-cı ildönümünə həsr olunan inşa, rəsm və şeir müsabiqələrinin qalibləri öz təqdimatlarını nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi