İmtahan öncəsi psixoloji söhbət

Dekabrın 14-də psixoloq Röya Qəhrəmanova tərəfindən XI sinif şagirdlərinin iştirakı ilə buraxılış imtahanı öncəsi həyacan və təlaşın aradan qaldırılması məqsədilə psixoloji söhbət aparılıb. Şagirdlərə imtahan zamanı vaxtdan səmərəli istifadə etmək, həyəcan və stresin aradan qaldırması yolları barədə ətraflı məlumat verilib. İlk öncə topla “isinmə oyunu” keçirilib. Meditasiya vasitəsilə şagirdlərin şüraltı vəziyyəti həmçinin diaqnostik test yoxlaması keçirilərək imtahan həyəcanının dərəcəsi müəyyənləşdirilib.