Bullinqə qarşı mübarizə aparaq
Yanvarın 10-da psixoloq Röya Qəhrəmanova VI-VII sinif şagirdləri ilə “Bullinqə qarşı mübarizə aparaq” mövzusunda psixoprofilaktik söhbət aparıb.
Psixoloq bullinqin uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış olduğunu qeyd edib. Şagirdlər bullinqin, kiber, sosial, şifahi, psixoloji, fiziki zorakılıq növləri haqqında məlumatlandırılıb və mövzu ilə əlaqədar videoslayd nümayiş olunub. Sonra şagirdlərin bullinqə qarşı münasibətini öyrənmək məqsədilə sorğu keçirilib. Sorğu zamanı şagirdlər bullinq və zorbalıq haqqında fikirlərini və ətrafda müşahidə etdikləri davranışları qeyd ediblər.