İnşa müsabiqəsi keçirilib

Dekabrın 20-də məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ildönümü ilə əlaqədar "Ulu yurdum Naxçıvanım" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.Müsabiqədə məktəbin VIII-XI siniflərində təhsil alan 15 şagird iştirak edib. Şagirdlər 2 saat vaxt ərzində Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, mill-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzuda inşa yazıblar.

İnşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq I yerə XI sinif şagirdi Rzayeva Çinarə  layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi