Direktoryanı müşavirə keçirilib
10.12.2024-cü il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti direktoryanı müşavirə keçirilib. Direktoryanı müşavirədə məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova və pedoqoji kollektiv iştirak ediblər. Məktəbin direktoru Elnur Bayramov gündəlikdəki məsələlərlə bağlı müşavirə iştirakçılarını məlumatlandırıb. Müşavirədə sinif jurnallarının və elektron jurnalın yazılması, şagird davranış qaydalarının icra vəziyyəti ,şagirdlərin dərsə davamiyyəti, böyük summativ qiymətləndirmə suallarının hazırlıq vəziyyəti və cari məsələlər müzakirə edilib.