“Ətraf mühiti qorumaq vəzifəmizdir” adlı maarifləndirici tədbir
Dekabrın 10-da məktəbin akt zalında Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə “Ətraf mühiti qorumaq vəzifəmizdir” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Monitorinq və Təhlil şöbəsinin müdiri İnarə Makayeva, mərkəzin həkimləri Sevinc Bağırova, Lalə Məmmədova, mərkəzin meneceri Xanım Eyvazova, UNİCEF-in “Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı” üzrə baş məsləhətçisi Samirə Həsənli, məktəbin pedoqoji heyəti və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları çıxış edərək iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi, zəhərli metallar, kimyəvi maddələrin, elektron tullantıların zərərləri, havanın çirklənməsi kimi mövzular haqqında ətraflı məlumatlar və faydalı tövsiyələr veriblər. Tədbirdə həmçinin əhalinin sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunmasında ətraf mühitin, ekologiyanın çox mühüm rolu nəzərə alınaraq ekoloji tarazlığın qorunması yönündə ölkəmizdə ardıcıl və səmərəli dövlət siyasətinin həyata keçirildiyi vurğulanıb.
Sonda mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.