COP29 - qlobal iqlim dəyişmələri ilə mübarizədə tarixi tədbir

    Dekabrın 5-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova VI “A” sinif şagirdləri ilə “COP29- qlobal iqlim dəyişmələri ilə mübarizədə tarixi tədbir” adlı sinif təşkilat saatı keçirib. Tədbirdə məktəbin direktoru Elnur Bayramov, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimova, psixoloq Röya Qəhrəmanova, UBR-i Zülfünaz Abasova iştirak ediblər.

    Sevda Alxasova çıxış edərək bildirib ki, 11-22 Noyabr 2024-cü il tarixlərində keçirilən dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29-a Azərbaycanın sahiblik etməsini növbəti beynəlxalq qələbənin və xarici siyasətimizin ən böyük uğurudur.

    Sinif təşkilat saatında VI “A”, VII “A”, XI “A” və XI “B” sinif şagirdlərinin hazırladıqları təqdimatlar və videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi