"Təhlükəsiz informasiya axtarışında və korrupsiyaya qarşı mübarizə" adlı maarifləndirici məşğələ

       25.11.2024-cü - 01.12.2024 cü il tarixlərdə  məktəbin psixoloqu Röya Qəhrəmanova IX sinif şagirdləri ilə "Reproduktiv sağlamlıq” proqramı çərçivəsində “Təhlükəsiz informasiya axtarışında” adlı maarifləndirici məşğələ keçirib. Məşğələ zamanı şagirdlər dövrün aktual mövzularından biri olan “İnformasiya təhlükəsizliyi və korrupsiyaya qarşı mübarizə" həmçinin etibarlı informasiyaların düzgün araşdırılaraq əldə olunması barədə psixoloq tərəfindən məlumatlandırılıb. Şagirdlərə onları maraqlandıran mövzular haqqında informasiyaları təkcə sosial şəbəkələrdən deyil, kitab və maarifləndirici jurnallardan eləcə də məktəbin psixoloqu, valideynlər və müəllimlərin köməyindən istifadə etməklə əldə edə biləcəkləri diqqətə çatdırılıb. Psixoloq eyni zamanda şagirdlərə korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri olduğunu, toplumun mütərəqqi inkişafına mənfi təsir göstərdiyini, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxardığını bildirib. Cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparılmanın vacib olduğunu vurğulayıb.

    Sonda "Kor və bələdçisi" oyunu təşkil olunub və şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi