“Bizə Zəfər yaraşır!”

    Noyabrın 7-də məktəbin akt zalında ibtidai sinif müəllimləri Xırdaxanım Əmirova və İradə Muradovanın təşkilatçılığı ilə “Bizə Zəfər yaraşır!” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.     Tədbirdə məktəbin direktoru Elnur Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Anar Babayev, Pirallahı rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vətən müharibəsi iştirakçısı Sübhay Məmmədov və şöbənin baş məsləhətçisi Vətən müharibəsi iştirakçısı Tural Cəfərov, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı Nurlan Hüseynov, məktəbin keçmiş veteran müəllimi Lətif Əhmədov, İkinci Qarabağ müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Nəbiyeva, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.

    Natiqlər öz çıxışları zamanı 30 ilə qədər işğal altında qalan Azərbaycan torpaqlarının qələbəsi ilə nəticələnən Vətən müharibəsini müasir Azərbaycan tarixinin parlaq səhifəsi kimi qiymətləndiriblər. Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, dəmir yumruq altında birləşən xalq-ordu-rəhbər birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirib. Müharibənin ilk günlərindən başlayaraq işğal altında olan kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması xalqımızın qələbə ruhunu yüksəltməklə bərabər Azərbaycan dövlətinin gücünü göstərdi. Tarixə qızıl hərflərlə yazılan 44 günlük qəhrəmanlıq savaşı hər zaman Azərbaycan xalqının  şanlı qürur mənbəyi olaraq qalacaqdır.

    Tədbir şagirdlərin ifasında Zəfər Gününə həsr olunan şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam etdiridib.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi