Risk qrupuna aid uşaqların təyini
Noyabrın 6-da psixi drumu qeyri-sabit olan, zəif iradi keyfiyyətlərə malik, risk qrupuna aid şagirdləri müəyyən etmək məqsədilə məktəbin psixoloqu Röya Qəhrəmanova tərəfindən diaqnostik iş aparılıb. Psixodiaqnostik iş zamanı şagirdlərin psixi vəziyyətinin qiymətləndirilməsi üçün anonim sorğu aparılıb və sorğunun nəticələrinə əsasən risk qrupuna aid uşaqlar müəyyən edilib. Mütəmadi olaraq bu kimi diaqnostik işlərin aparılması risk qrupuna daxil olan uşaqların vaxtında aşkar olunmasında mühüm rol oynayır. Fərdi iş planının hazırlanması, bu qəbildən olan uşaqlara həssaslıqla qayğı göstərilməsi onların təhsil mühitinə qayıtmasına, davranışlarının müsbətə doğru dəyişməsinə, təlim nailiyyətlərinin yaxşılaşmasına səbəb olur. Bu isə həm məktəbin, həm də ümumilikdə cəmiyyətin qazanmasına yol açır.