“Nizami Gəncəvi yaradıcılığında təbiət” mövzusuna həsr olunan dəyirmi masa
Noyabrın 4-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Bədii qiraət” dərnəyinin rəhbəri Günel Hüseynova tərəfindən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sevda Rəhimovanın və VII “C” sinif şagirdlərinin iştirakı ilə Azərbaycan klassik ədəbiyyatının dahi şairi “Nizami Gəncəvi yaradıcılığında təbiət” mövzusuna həsr olunan dəyirmi masa təşkil olunub. Dəyirmi masada müəllim dünya ədəbiyyatının beş ən görkəmli şairi sırasına daxil edilən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin bütün dövrlərdə müasir və öz aktuallığı ilə seçilən olduğunu şagirdlərin diqqətinə çatdırıb. Müəllim həmçinin vurğulayıb ki, Nizami Gəncəvi yalnız şair deyil, eyni zamanda təbiətşünas alim olub. Belə ki, onun ölməz əsərlərində 50-yə qədər heyvan növünün, Azərbaycanda və digər ölkələrdə yetişən çoxsaylı dərman bitkilərinin adları çəkilir, fotosintez prosesi, dünyanın yaranışı ilə bağlı fikirlər, təbiətdə suyun böyük və kiçik dövranına, okeanların, dənizlərin, çayların, göllərin yaranmasına aid maraqlı məlumatlara rast gəlinir. Sonda ölməz şairin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub və şagirdlər görkəmli mütəfəkkir haqqında topladıqları məlumatları yoldaşları ilə bölüşüblər.