"Uşaq hüquqları aylığı" na həsr olunan sinif təşkilat saatı
Noyabrın 1-də məktəbin psixoloqu Röya Qəhrəmanova və UBR-i Zülfünaz Abasovanın iştirakı ilə “Uşaq hüquqları aylığı ” çərçivəsində məktəbin ibtidai sinif müəllimi Nigar Mikayılova tərəfindən IV “B” sinfində sinif təşkilat saatı keçirilib. Dərs zamanı şagirdlərlə uşaq hüquqları haqqında “Mənim hüquqlarım”, ”Sən hüquqlarını bilirsənmi?” mövzularında söhbətlər aparılıb və onların sərbəst yaşamaq, təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, istirahət etmək və digər hüquq və vəzifələrinin olduğu bildirilib. Həmçinin “Uşaq Hüquqları” anlayışını əks etdirən video-çarx nümayiş olunub. Dərsdə iştirak edən şagirdlər mövzu ətrafında fikir mübadiləsi aparıb və verilən sualları cavablandırmaqla fəal iştirak ediblər.